“Arsenal” darmadağın oldu, MS tək qolla sevindi

İngiltərə Premyer Liqasında 36-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Liverpul” doğma azarkeşləri önündə “Haddersfild”i qəbul edib. Meydan sahibləri bu görüşdə 5 cavabsız qola seviniblər.

Şənbə günü altı qarşılaşma baş tutub. “Kristal Pelas” – “Everton” matçında hesab açılmayıb. “Brayton” – “Nyukasl” oyununda da qalib müəyyənləşməyib. Altı qolun qeydə alındığı “Sauthempton” – “Bornmut” görüşündə də heç-heçə qeydə alınıb. “Fulhem” “Kardiff Siti” ilə ev oyununda minimal hesabla qələbə qazanıb. Səfərdə “Uotford”la qarşılaşan “Vulverhempton” da turu qələbə ilə başa vurub. “Tottenhem” isə “Vest Hem”lə ev oyunundan məğlubiyyətlə ayrılıb.

Lider “Mançester Siti” səfərdə “Bernli” ilə qarşılaşıb. Qonaqlar bu görüşdə minimal hesabla qələbə qazanmaqla zirvədəki mövqelərini qoruyublar.

Turun mərkəzi görüşündə “Mançester Yunayted” “Çelsi” ilə üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib.

Səfərdə “Lester Siti” ilə üz-üzə gələn “Arsenal” isə böyük hesabla məğlub olub.

İngiltərə Premyer Liqası, 36-cı tur

26 aprel

Liverpul – Haddersfild 5:0
Qol
: Keyta, 1. Mane, 23; 66. Salah, 45; 83.

27 aprel

Tottenhem – Vest Hem 0:1
Qol
: M.Antonio, 67.

Kristal Pelas – Everton 0:0

Fulhem – Kardiff Siti 1:0
Qol
: Babel, 79.

Sauthempton – Bornmut 3:3
Qol
: Lonq, 12. Uord-Prouz, 55. Targett, 67 – Qoslinq, 20. Kallum, 32; 86.

Uotford – Vulverhempton 1:2
Qol
: Qrey, 49 – R.Ximenes, 41. Jota, 77.

Brayton – Nyukasl 1:1
Qol
: Qross, 75 – A.Peres, 18.

28 aprel

Lester – Arsenal 3:0
Qol
: Tilemans, 59. Vardi, 86; 90.

Bernli – Mançester Siti 0:1
Qol
: Aquero, 63.

Mançester Yunayted – Çelsi 1:1
Qol
: Mata, 11 – M.Alonso, 43.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 21 qol.