
MY və “Yuventus” kolumbiyalı futbolçu üçün mübarizə aparır
“Bolonya”nın və Kolumbiya millisinin müdafiəçisi Con Lukumi bu yay klubunu dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” 28 yaşlı futbolçu üçün 18 milyon avro təklif etsə də, bu təklif “Bolonya” tərəfindən rədd edilib. “Mançester Yunayted”in isə müdafiəçi üçün daha yüksək məbləğ təklif etməyə hazırlaşdığı bildirilir.
Lukumi 2026-cı il dünya çempionatında Kolumbiya millisinin heyətində 5 oyunda iştirak edib. O, 2025/26 mövsümündə “Bolonya”nın heyətində isə bütün turnirlərdə 43 matça çıxaraq, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



