
İngiltərə klubu Vinisius üçün 120 milyon avro təklif edə bilər
“Real”ın hücumçusu Vinisius Junior yay transfer dövründə komandadan ayrıla bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu klubu ilə yeni müqavilə danışıqlarında razılığa gələ bilmir. Vinisius maaşının Kilian Mbappenin qazancından yüksək, ən azı isə eyni səviyyədə olmasını tələb edir. Ancaq “Real” rəhbərliyi buna razı olmadığından, tərəflər arasında danışıqlar dalana dirənib.
Yaranmış vəziyyətdən “Mançester Yunayted” yararlanmaq niyyətindədir. İngiltərə təmsilçisinin yaxın həftələrdə Vinisiusun transferi üçün “Real”a 120 milyon avro təklif etməyə hazırlaşdığı bildirilir.
Bundan başqa, “Bayern”, “Liverpul” və “Mançester Siti”nin də 25 yaşlı oyunçunun transfer imkanını dəyərləndirdiyi qeyd olunur.
Vinisius ötən mövsüm bütün turnirlərdə 53 oyuna çıxıb, 22 qol vurub və 14 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



