
“Kristal Pelas” hücumçusunu satmaqdan imtina edib
“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta İngiltərə Premyer Liqasının digər klublarının transfer hədəfindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” və “Tottenhem” fransalı futbolçuyla maraqlanır. Lakin “Kristal Pelas” qış transfer pəncərəsində forvardı satmaqdan tamamilə imtina edib.
Mateta bu mövsüm komandasının heyətində 19 oyunda 8 qol vurub. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



