“Mançester Yunayted” millinin baş məşqçisi ilə danışıqlara başlayıb

“Mançester Yunayted” mövsümün sonunda baş məşqçi dəyişikliyi edə bilər.

Komanda.az “Topskills Sports UK”-yə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi almaniyalı mütəxəssis Yulian Naqelsmannı baş məşqçi postuna gətirməkdə maraqlıdır.

Naqelsmann hazırda Almaniya millisinin baş məşqçisidir və 2023-cü ilin sentyabrından bu vəzifədədir. Onun millidəki müqaviləsinin müddəti 2028-ci ilin iyununda başa çatacaq.

Mançester təmsilçisi artıq mümkün təyinatla bağlı ilkin danışıqlara başlayıb. Əvvəlki xəbərlərdə isə almaniyalı məşqçi ilə maraqlananların arasında “Mançester Siti” də yer alırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button