“Mançester Yunayted” onun transferindən vaz keçib

İngiltərə millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer yaxın vaxtlarda “Mançester Yunayted”ə keçməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb.

“Qırmızı şeytanlar” potensial transferdə yüksək maliyyə xərclərini nəzərə alaraq 23 yaşlı futbolçunu almaq imkanını istisna ediblər. “Transfermarkt” portalına əsasən, Palmerin bazar dəyəri 120 milyon avrodur.

İngiltərəli futbolçunun “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilin iyununda başa çatacaq. O, cari mövsümdə Premyer Liqada 12 oyuna çıxıb, 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button