“Mançester Yunayted” onun transferindən vaz keçib

“Mançester Yunayted” yarımmüdafiəçi Mateuş Fernandesin transferi üçün “Vest Hem”in tələb etdiyi məbləği ödəməyə hazır deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi 21 yaşlı futbolçu üçün 80 milyon funt-sterlinq (təxminən 92,5 milyon avro) tələb edir. Ancaq “qırmızı şeytanlar”ın rəhbərliyi bu qiyməti həddindən artıq yüksək hesab edir və anlaşmaya bu şərtlərlə razılaşmır.

Buna baxmayaraq, Fernandes digər klubların marağına rəğmən, karyerasını məhz “Mançester Yunayted”də davam etdirmək istəyir. Komandanın baş məşqçisi Maykl Karrik də yarımmüdafiəçinin çıxışından təsirlənib və onu heyətdə görmək niyyətindədir.

Portuqaliyalı futbolçu ötən mövsüm Premyer Liqada “Vest Hem”in heyətində keçirdiyi 36 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə verib. Bununla belə, onun performansı London klubunun Çempionşipə yuvarlanmasının qarşısını almağa kifayət etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button