
MY futbolçusunun satışından 80 milyon avro qazanmaq istəyir
Portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandes yaxın gələcəkdə “Mançester Yunayted”dən ayrıla bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.
“Qırmızı şeytanlar”ın rəhbərliyi 31 yaşlı futbolçunun böyük məbləğ qarşılığında satış variantını nəzərdən keçirməyə hazırdır.
Mançester təmsilçisi Fernandesin transferindən təxminən 80 milyon avro gəlir əldə etməyi planlaşdırır. Onunla Səudiyyə Ərəbistanı çempionatında çıxış edən klubların maraqlandığı bildirilir.
Bruno Fernandes 2020-ci ilin yanvarından “Mançester Yunayted”in şərəfini qoruyur. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



