
“Mançester Yunayted” Onana ilə bağlı qərar verib
“Mançester Yunayted” kamerunlu qapıçı Andre Onananı yay transfer pəncərəsində satmaq qərarına gəlib. 28 yaşlı oyunçu hazıra “Trabzonspor”da icarə əsasında çıxış edir.
Komanda.az “Sun Sport”-a istinadən xəbər verir ki, Onananın bazar qiyməti 15 milyon avro dəyərində qiymətləndirilir. Onun “Trabzonspor”la icarə müqaviləsinin müddəti bu ilin iyununun sonuna qədərdir.
Onana cari Türkiyə çempionatında 17 oyuna çıxıb, 22 qol buraxıb və 4 matçda qapısını toxunulmaz saxlayıb.
Bu qərar Mançester klubunun qapıçı rotasiyasını yeniləmək və mövsümün sonuna qədər gələcək planlarını formalaşdırmaq niyyətinin göstəricisi kimi qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



