“Mançester Yunayted” “Milan”la qarşılaşacaq

“Mançester Yunayted” gələn ilin fevralında Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Bildirilir ki, “qırmızı şeytanlar” Yaxın Şərqdə yoxlama oyunu keçirməyi nəzərdə tutur.

Ruben Amorimin rəhbərlik etdiyi komandanın mümkün rəqibi İtaliya A Seriyasının təmsilçisi “Milan” ola bilər. Tərəflər arasında görüşün fevralda baş tutması istisna edilmir.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 17 turdan sonra 26 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Klub lider “Arsenal”dan 13 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button