“Mançester Yunayted” Kloppla bağlı xəbərləri təkzib edib

“Mançester Yunayted” alman mütəxəssis Yurgen Kloppla danışıqlar aparılması barədə yayılan məlumatları təkzib edib.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Daha əvvəl Kloppun agenti bildirmişdi ki, “qırmızı şeytanlar” 58 yaşlı mütəxəssisin xidmətində maraqlı olublar.

Klopp karyerası ərzində “Liverpul” və “Borussiya” (Dortmund) kimi komandaları çalışdırıb.

“Mançester Yunayted”in baş məşqçi postunu hazırda ingiltərəli mütəxəssis Maykl Karrik tutur. Komanda Premyer Liqada 26 turdan sonra 45 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və növbəti oyununu səfərdə “Everton”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button