Klopp bəxtdən şikayətləndi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 3-cü turunda “Mançester Yunayted”lə keçirilən oyun (1:2) haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman mütəxəssis, oyuna tam hazır olmadıqlarını bildirib:

“Rəqib çox aqressiv idi. “Mançester Yunayted” kimi rəqibə qarşı bəxtimiz gətirmədi. Şübhəsiz ki, istədiyimiz nəticə olmadı. Şanslarımızdan daha çox istifadə etməliydik, amma ikinci hissədə David De Xea fantastik seyv etdi. Amma biz oyuna yüz faiz hazır deyildik.

Bu oyunda qalib gəlməliydik. Bilirəm, gülməli səslənir, amma mən belə düşünürdüm. Vəziyyətimizdən narahatam. İndi biz “Bornmut” və “Nyukasl”la matçlara hazırlaşmalıyıq”.

“Mançester Yunayted” bu mövsüm Premyer Liqada ilk qələbəsini qazanıb. “Liverpul” isə Premyer Liqanın 3 turunda 2 xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button