“Mançester Yunayted” Kazemironu əvəz edəcək futbolçunu seçib

“Vulverhempton”un yarımmüdafiəçisi Joao Qomes Avropanın bir sıra top-klublarının maraq dairəsinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

Mənbənin iddiasına görə, 24 yaşlı futbolçunun transferinə “Mançester Yunayted” xüsusi maraq göstərir. “Qırmızı şeytanlar” bu keçid uğrunda mübarizədə “Atletiko” və “Napoli” ilə rəqabət aparmalı olacaq. Mançester təmsilçisi Qomesi yarımmüdafiədə Kazemiroya potensial əvəzləyici kimi nəzərdən keçirir.

Braziliyalı futbolçu 2023-cü ilin yanvarından etibarən “Vulverhempton”un formasını geyinir. Tərəflər arasındakı müqavilənin müddəti 2030-cu ilin iyununun sonuna qədərdir.

O, cari mövsümdə İngiltərə Premyer Liqasında 21 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button