
Ferdinand bu iki futbolçunun “Mançester Yunayted”ə keçməsini istəmir
Sabiq müdafiəçi Rio Ferdinand “Nyukasl”ın oyunçuları Sandro Tonali və Bruno Gimarayeşin potensial transferinin “Mançester Yunayted”ə uyğun olmadığını düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın sabiq oyunçusu məsələ ilə bağlı bunu deyib:
“Düşünürəm ki, yarımmüdafiəmizə fiziki cəhətdən güclü bir mövqe verəcək, ən yaxşı komandalarla rəqabət apara biləcək daha dinamik və güclü yarımmüdafiəçiyə ehtiyacımız var. Bəli, Tonali və Gimarayeşin səviyyəli oyunçular olduğunu səhv başa düşməyin, amma düşünürəm ki, klubumuz fərqli tipli oyunçu ilə müqavilə bağlamağa çalışacaq”.
“Nottingem Forest”in oyunçusu Elliot Andersonun da “Mançester Yunayted”in transfer hədəfi olduğu bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



