“Mançester Yunayted” onunla danışıqlara başladı

“Mançester Yunayted” futbolçusu Pol Poqbanın müqaviləsinin müddətini artırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” 26 yaşlı yarımmüdafiəçi ilə artıq danışıqlara başlayıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer bir müddət əvvəl verdiyi açıqlamada, Poqbanın komandada qalacağını demişdi.

2016-cı ildən “Mançester Yunayted”də çıxış edən Poqbanın hazırkı müqaviləsi 2021-ci ilin yayına qədərdir. Fransız oyunçu ilə “Real” yaxından maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button