“Mançester Yunayted” ingilis futbolçunun transferini nəzərdən keçirir

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer İngiltərə Premyer Liqasının başqa klubunun maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” ingilis futbolçuyla müqavilə imzalamaqda maraqlıdır. “Qırmızı şeytanlar” yarımmüdafiəçini Bruno Fernandesin əvəzedicisi kimi nəzərdən keçirir.

Palmerin “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilin yayında başa çatacaq. 23 yaşlı futbolçu 2025/2026 mövsümündə 12 oyunda iştirak edib və 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button