“Mançester Yunayted”in hədəfi – “İnter”in müdafiəçisi

“Mançester Yunayted” “İnter”in müdafiəçisi Denzel Dumfrisi transfer etməkdə maraqlıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçunun yüksək maliyyə tələblərinə görə “İnter” onunla müqaviləni yeniləməyə hazır deyil. Milanlılar müdafiəçini satmağa hazırdır və “Mançester Yunayted” onu yayda əsas transfer hədəflərindən birinə çevirib.

Sövdələşmənin məbləğinin 40 milyon avro ola biləcəyi qeyd edilir. Lakin Dumfris Niderland millisinin heyətində AÇ-2024-də yaxşı çıxış edərsə, onun transfer qiyməti arta bilər.

27 yaşlı futbolçu 2021-ci ildən “İnter”də çıxış edir. Onun Milan klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. Dumfris bu mövsüm bütün turnirlərdə 24 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button