“Mançester Yunayted” Çempionlar Liqasına vəsiqə qazana bilər”

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Rio Ferdinand komandanın vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçu, “qırmızı şeytanlar”ın Premyer Liqada mövsümü ilk 4-lükdə bitirə biləcəyini deyib:

“Bir azarkeş kimi komandanın qalib gəlməsini, yaxşı oynamasını, müsbət nəticələr qazanmasını istəyirsiz. Ulduz futbolçuların oyuna təsir etməsini və qol vurmasını bu mövsüm “Mançester Yunayted”in matçlarında görmüşük. “Mançester Yunayted” Çempionlar Liqasına vəsiqə qazana bilər, çünki Premyer Liqada ilk 4-lükdə möhkəmlənən komanda yoxdur. Hər şey komandanın özündən asılıdır. Keçmiş illərin uğurlarına nəzər salsaq, indi komandanın pis vəziyyətini görürük. Azarkeşlər o qələbələri, futbolçuları xatırlayır, qalibiyyətlərə öyrəşirlər. Hər kəs komandanın yaxşı nəticə əldə etməsini istəyir. Klubun uğurları üçün qoyulan məbləğə baxanda, azarkeşlər daha çoxunu gözləyir. Ümid edirəm ki, klub yenidən öz yoluna qayıdar”.

Cari mövsümdə keçirdiyi 25 turdan sonra 35 xal toplayan “Mançester Yunayted” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button