MY braziliyalı müdafiəçinin transferini planlaşdırır

“Nottingem Forest”in və Braziliya millisinin müdafiəçisi Murillo İngiltərə Premyer Liqasının daha yüksək səviyyəli klubuna keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 23 yaşlı oyunçunu transfer etməkdə maraqlıdır.

“Transfermarkt” portalı Murrilonun dəyərini 50 milyon avro qiymətləndirir. Onun “Nottingem Forest”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.

Murillo bu mövsüm Premyer Liqada 21 oyuna çıxıb, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button