“Bayern”in sabiq hücumçusu 40 yaşında klubunu dəyişdi

“Mançester Siti”nin sabiq futbolçusu Roke Santa Kruzun yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, 40 yaşlı hücumçu “Libertad” klubuna keçib. Bu barədə Paraqvay təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Santa Kruzla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Paraqvaylı hücumçu karyerası ərzində Almaniyada “Bayern”, İngiltərədə “Mançester Siti”, İspaniyada “Malaqa” kimi klublarda çıxış edib. O, Paraqvay yığmasında 112 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button