Sterlinq üçün “Barselona” variantı

“Mançester Siti”nin futbolçusu Rahim Sterlinq karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, ingilis yarımmüdafiəçi “Barselona” klubuna keçə bilər. Bu barədə italyan jurnalist Matteo Moretto özünün “tvitter” hesabında məlumat yayıb.

Sterlinq “Mançester Siti”dən ayrılmağa müsbət yanaşır. 26 yaşlı futbolçu oyun praktikasının azlığından narahatdır və klubunu dəyişmək niyyətindədir.

“Barselona”nın yaxın zamanda “Mançester Siti” ilə rəsmi danışıqlara başlayacağı gözlənilir.