“Rəqiblərə həmişə hörmətlə yanaşırıq” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 6-cı turunda “Uotford”u məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan Qvardiola, 8:0 hesabıyla bitən oyunu belə şərh edib:

“Qapıya endirilən 5 zərbənin də qol olması futbolçuların səviyyəsini göstərir. İlk dəqiqələrdə rəqibin təhlükəli hücumu oldu, ancaq qol vura bilmədilər. Məni ən çox sevindirən 5:0-dan sonra da futbolçularımın aqressiv oynaması oldu.

Rəqiblərə həmişə hörmətlə yanaşırıq. Məğlub ola bilərik, ancaq əsas olan oyunlara necə reaksiya verməyimizdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button