“Məğlubiyyətin səbəbini tapa bilmirəm, çox çətindir” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 33-cü turunda “Sauthempton”a məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 0:1 hesabıyla bitən görüşü belə şəh edib:

“Bu məğlubiyyət yeni futbolçulara ehtiyacımız olduğunu ifadə etmir. Düzünü deyim ki, yaxşı oynadıq. Xarakterli idik və sona qədər istəyimizi nümayiş etdirdik. Qol vura bilməyən komanda deyilik, bu baxımdan zirvədəyik. Çoxlu sayda qol imkanlarımız olur, ancaq çox oyunlarda uduzuruq.

Məğlubiyyətin səbəbini tapa bilmirəm, çox çətindir. Futbolçularımdan şikayət etmək fikrində deyiləm”.