“Mançester Siti”dən ayrılır – Yeni klubu da bəllidir

“Mançester Siti”nin müdafiəçisi Con Stounz cari mövsümün sonunda komandadan ayrılmağa yaxındır.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “şəhərlilər”in 31 yaşlı futbolçuya yeni müqavilə təklif etmək niyyətində olmadığı bildirilir.

Stounzun xidmətində “Everton” maraqlıdır və onu azad agent kimi heyətinə qata bilər. Belə ki, futbolçunun müqaviləsinin müddəti bu ilin iyununun sonunda başa çatacaq.

İngiltərəli müdafiəçi 2016-cı ilin avqustundan etibarən “Mançester Siti”də çıxış edir. O, cari mövsümdə İngiltərə Premyer Liqasında 7 oyunda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button