“Mançester Siti” stoppersiz qaldı

İngiltərə çempionu “Mançester Siti” daha bir ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “şəhərlilər”in mərkəz müdafiəçisi Con Stounz sıradan çıxıb.

Bu barədə komandanın baş məşqçisi Pep Qvardiola məlumat verib. Səhər məşqində əzələsi dartılan 25 yaşlı müdafiəçinin 4-5 həftə meydana çıxa bilməyəcəyi məlum olub.

Bir müddət öncə Mançester təmsilçisinin digər müdafiəçisi Aymerik Lyaport da bir neçə aylıq sıradan çıxmışdı. Bu üzdən də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda səfərdə Donetsk “Şaxtyor”u ilə qarşılaşacaq “Mançester Siti” bu oyuna demək olar ki, sırf mərkəz müdafiəçisi olmadan çıxacaq. Çünki komandada Nikolas Otamendidən başqa oynaya biləcək stopper qalmayıb. Elyakim Manqala isə ÇL üçün sifariş olunmayıb. Qvardiolanın sözlərinə görə, mərkəz müdafiəçisi mövqeyində ya yarımmüdafiəçi Fernandinyonu oynadacaq, ya da gənc futbolçular Erik Qarsiya (19 yaş) və Teylor Bellisi (17 yaş) sınaqdan keçirəcək.

Qeyd edək ki, sentyabrın 18-də keçiriləcək “Şaxtyor” – “Barselona” matçına saat 23:00-da start veriləcək.