
Fodenlə yeni müqavilə üçün danışıqlar aparılır
“Mançester Siti” rəhbərliyi yarımmüdafiəçi Fil Fodenin nümayəndələriylə yeni müqavilə haqda danışıqlar aparır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçunun müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədər artırıla və əlavə bir illik uzadılma variantını da əhatə edə bilər.
25 yaşlı yarımmüdafiəçinin “şəhərlilər”lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



