“Mançester Siti” onun üçün 115 milyon avro ayırmağa hazırdır

“Mançester Siti” PSJ-nin yarımmüdafiəçisi Joao Neveşi heyətinə qatmaq üçün ciddi transfer hazırlığı görür.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, “şəhərlilər” portuqaliyalı futbolçunu yay transfer pəncərəsində almağı planlaşdırır.

“Mançester Siti” Neveşin transferi üçün təxminən 115 milyon avro ayırmağa hazırdır.

21 yaşlı yarımmüdafiəçi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button