“Mançester Siti” onu əsas komandadan kənarlaşdırdı – cinsi təcavüzə görə

İngiltərənin “Mançester Siti” klubu sol cinah müdafiəçisi Benjamin Mendini komandadan kənarlaşdırıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Buna fransız futbolçunun 4 təcavüz və 1 cinsi təcavüzdə ittiham olunması səbəb olub. Xəbərdə futbolçunun bu ittihamlar üzrə istintaqı yekunlaşana kimi, əsas heyətdən kənarlaşdırıldığı diqqətə çatdırılıb.

Fransa yığmasının üzvünün bu cinayətləri 2020 oktyabr – 2021 avqust aralığında həyata keçirdiyi bildirilir. “Mançester Siti” futbolçu ilə bağlı yeni qərarın araşdırmanın yekun nəticəsindən asılı olaraq qəbul olunacağını açıqlayıb.

Qeyd edək ki, Mendi 2017-ci ildən “Mançester Siti”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button