Harrinin “həri”sini aldılar

“Mançester Siti” klubu ingilis hücumçu Harri Keyn üçün “Tottenhem”lə razılaşıb.

Komanda.az xəbər verir ki, London təmsilçisi “Mançester Siti”nin 185 milyon avroluq təklifini qəbul edib. Bu barədə “The Sun” nəşri məlumat yayıb. “Mançester Siti” Keynlə də şəxsi razılıq əldə etdikdən sonra transferi rəsmən açıqlayacaq.

Bir müddət əvvəl “Tottenhem” cəbhəsi Keyni satmayacağını demişdi. Lakin futbolçunun komandadan ayrılmaq istəyi klub rəsmilərinin fikrini dəyişib.

2011-ci ildən “Tottenhem”də çıxış edən Keyn, London təmsilçisi ilə ünumilikdə 336 oyunda 221 qol vurub, 47 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button