“Mançester Siti” futbolçusunu “Əl-Əhli”yə satır – Razılıq əldə olunub

“Mançester Siti”nin futbolçusu Riyad Mahrez “Əl-Əhli”yə keçməyə yaxındır.

Komanda.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Ər-Riyad” nəşrinin məlumatına görə, “Əl-Əhli” ilə Mahrez arasında tam razılıq əldə olunub. Yaxın vaxtlarda əlcəzairli futbolçu tibbi müayinədən keçərək, Səudiyyə Ərəbistanı klubuna keçəcək.

“Əl-Əhli” və “Mançester Siti”nin yaxın 48 saat ərzində transferi razılaşdıracağı gözlənilir. Mahrez özü də Səudiyyə Ərəbistanına köçməkdə maraqlıdır.

Daha əvvəl bildirilmişdi ki, “Əl-Əhli” Mahrez üçün 30 milyon funt-sterlinq təklif etməyə hazırdır. 32 yaşlı futbolçunun maaşı ildə təxminən 25 milyon funt sterlinq olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button