Psixoloji problemləri var imiş – Klubu ona kömək edib

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden ötən mövsüm yaşadığı psixoloji çətinliklərdən çıxmaqda klubun böyük dəstəyini görüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu ötən mövsüm ciddi mənəvi problemlər yaşayırdı. Klub isə ona yardım etmək üçün bütün mümkün addımları atıb: Foden bir çox psixoloji testlərdən keçib və müxtəlif çətinliklərin öhdəsindən gəlmə metodikaları ilə tanış olub.

25 yaşlı futbolçunun klubla birgə apardığı iş müsbət nəticə verib. İlin əvvəlində özünü tamamilə ruhdan düşmüş hiss edən Foden indi “tam başqa bir insana” çevrildiyini bildirir.

Foden bu mövsüm 20 matçda iştirak edib, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button