“Mançester Siti” azərbaycanlı hakimlərin idarə etdiyi oyunda qələbə qazandı

Azərbaycanlı hakimlər Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Serbiyada yerli “Srvena Zvezda” ilə İngiltərənin “Mançester Siti” komandası arasında keçirilmiş oyunu idarə ediblər.

Komanda.az xəbər verir ki, Əliyar Ağayevin baş hakim olduğu oyunda ÇL-in son qalibi olan “Mançester Siti” qələbə qazanıb.

Belqradda reallaşan G qrupunun son tur qarşılaşmasında Pep Qvardiolanın başçılıq etdiyi kollektiv 3:2 hesablı qələbə qazanıb. Əliyar Ağayev bu görüşdə meydan sahiblərindən 3, qonaqlardan isə 1 oyunçuya sarı vərəqə göstərib. FİFA referisi 85-ci dəqiqədə serbiyalıların qapısına penalti təyin edib və bu sayədə ingilislər 3-cü qolu vurublar.

Əliyara bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button