Mbappeyə görə “10 nömrə” ola bilmədi

“Əl-Hilal”ın yeni hücumçusu Malkoma 10 nömrəli forma verilməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun PSJ-nin hücumçusu Kilian Mbappe ilə müqavilə bağlamaq ümidinə görə braziliyalı futbolçuya 10 nömrə verilməyib. O, komandada 77 nömrə altında çıxış edəcək.

Malkom 2019-cu ilin avqustundan “Zenit”də oynayırdı. Futbolçu Sankt-Peterburq klubunun heyətində 109 matçda 42 qol vurub və 24 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button