
Maldini “Fənərbaxça”ya gəlir?
Türkiyəli iş adamı Hakan Safi “Fənərbaxça”nın prezidenti olarsa, sabiq futbolçu Paolo Maldini İstanbul klubunun rəhbərliyində əsas fiqura çevrilə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında biznes əlaqələrinin möhkəmləndiyi UEFA Çempionlar Liqasının PSJ və “Arsenal” arasında baş tutan final oyununda təsdiqlənib. Həmin oyunda Maldini Budapeştdəki stadionda Hakan Safi ilə görüntülənib.
PSJ “Arsenal”ı məğlub edərək (1:1, penalti – 4:3), Çempionlar Liqasının qalibi olub. Bu nəticə ilə parislilər ardıcıl ikinci dəfə turnirin qalibi olublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



