Maktominey: “Skudettonu qaçırdıq? Razı deyiləm”

“Napoli”nin futbolçusu Skott Maktominey “Parma” ilə 1:1 hesablı heç-heçə haqda fikirlərini bölüşüb. O, oyunda komandasının yeganə qolunu vurub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, şotlandiyalı futbolçu bunu söyləyib:

“Skudettonu qaçırdıq? Razı deyiləm. Bu, sadəcə çətin bir matç idi, amma təslim olmağa haqqımız yoxdur. İlk dəqiqədə qolu necə buraxdığımızı, oyunun digər aspektlərini təhlil etməli və düzgün nəticələr çıxarmalıyıq”.

“Napoli” hazırda 66 xalla A Seriyasının turnir cədvəlində 2-ci yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button