Maktomineylə bağlı qərar verilib

“Napoli” rəhbərliyi yarımmüdafiəçi Skott Maktomineylə bağlı qərarını verib.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, Neapol təmsilçisi 29 yaşlı futbolçu ilə yollarını bu yay ayırmaq niyyətində deyil. Klub rəhbərliyi Maktomineyə yeni müqavilə təklif etməyə hazırlaşır.

Hazırkı sözləşmənin müddəti 2028-ci ilin iyununun sonuna qədər nəzərdə tutulub. “Transfermarkt” portalı şotlandiyalı futbolçunun bazar dəyərini 40 milyon avro qiymətləndirir.

Maktominey ötən mövsüm İtaliya A Seriyasında 33 oyuna çıxıb. O, bu matçlarda 10 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button