Mahrez üçün 2 “müştəri”

“Real” və PSJ “Mançester Siti”nin futbolçusu Riyad Mahrezlə maraqlanır.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı əlcəzairli futbolçu hələlik İngiltərə klubu ilə yeni müqavilə ilə bağlı razılığa gəlməyib. “Mançester Siti” Mahrezlə müqavilənin uzadılması ilə bağlı razılığa gəlməsə, yay transfer pəncərəsi zamanı onu satmağa çalışacaq.

Mahrez bu mövsüm “Mançester Siti”nin heyətində bütün yarışlarda 41 oyunda 23 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button