Mahirdən məhsuldar ötürmə, “Dinamo”dan darmadağın

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” bu gün Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, komanda 11-ci tur çərçivəsində səfərdə “İstra 1961” ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Emreli də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Mahir 60-cı dəqiqədə vurduqları qol zamanı məhsuldar ötürmə müəllifi olub.

“Dinamo” hazırda turnir cədvəlində 19 xalla 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button