“Hamımız Emrelinin “Dinamo”ya gələndə hansı formada olduğunu gördük”

“Mahir Emreli bura gələndə əsl formasından uzaq düşsə da, oyundan-oyuna inkişaf edir”.

Komanda.az xəbər verir ki, bu sözləri Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun baş məşqçisi Jelko Kopiç “Hayduk”a qarşı çempionatın 9-cu turundan təxirə salınmış oyunundan öncə Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxışı barədə danışarkən deyib.

O, 25 yaşlı hücumçunun Split təmsilçisinə qarşı 27-ci tur matçında zədələndiyini xatırladıb:

“Mənim üçün xüsusilə müsbət haldır ki, oyunçu problem hiss etsə də, komanda üçün maksimumunu vermək istəyir. Hamımız Emrelinin “Dinamo”ya gələndə hansı formada olduğunu gördük. Onunla yanaşı, bir çox futbolçunu düzgün ritmə qaytarmalı olduq. Mənim üçün ən önəmlisi odur ki, hər kəs klubun uğurları, titulları üçün oynasın və meydanda sonadək mübarizə aparsın”.

Aprelin 20-də keçiriləcək “Hayduk” – “Dinamo” matçı saat 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button