Mahir oynadı, “Kayzerslautern” son oyunda qalib gəldi

Almaniya ikinci Bundesliqasında mövsümün sonuncu – 34-cü turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geydiyi “Kayzerslautern” səfərdə “Maqdeburq”la qarşılaşıb.

Mahirin komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0. Mahir də bu görüşün iştirakçısı olub. Emreli 74-cü dəqiqədə meydana çıxıb, dərhal da sarı vərəqə ilə cəzalanıb.

Bu qələbə sayəsində xallarının sayını 52-yə çatdıran “Kayzerslautern” mövsümü 6-cı pillədə bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button