Mahir Emreli məşqlərə başlayıb

“Dinamo”nun hücumçusu Mahir Emreli komanda ilə birgə məşqlərə başlayıb.

Komanda.az xəbər verir ki, 26 yaşlı forvard komanda ilə birlikdə məşqlərə qoşulub. Millimizin üzvü Zaqreb təmsilçisinin Konfrans Liqasının PAOK-la matçından öncə baş tutan məşqdə də iştirak edib.

Mahir yanvarın əvvəlində zədələnmişdi.

Emreli 2022-ci ilin fevral ayından “Dinamo”da çıxış edir. O, bu mövsüm komandanın heyətində meydana çıxdığı 22 matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button