Mahir “Legiya”nın qələbəsində qolla pay sahibi oldu

Futbol üzrə Polşa çempionatında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Qurnik”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 46-cı dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu qolunu da 79-cu dəqiqədə məhz Emreli vurub.

Səkkiz turdan sonra 9 xalı olan “Legiya” 18 komanda arasında 12-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.