“Mahir Emreliyə vaxt lazımdır”

“Dinamo”nun (Zaqreb) baş məşqçisi Jelko Kopiç Azərbaycan millisinin hücumçusu Mahir Emrelin bu komandada ilk rəsmi qolunu vurması haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Kopiç, səfərdə “Riyeka”ya 2:1 hesabı ilə qalib gəldikləri Xorvatiya çempionatının 30-cu tur oyunundan sonra baş tutan mətbuat konfransında bunları deyib:

“Mahir Emreliyə vaxt lazımdır. Amma o, səviyyəsini indi də göstərməkdədir”.

“Dinamo”nın “Riyeka”ya qalib gəldiyi matçda (2:1) Emreli 57-ci dəqiqədə oyuna daxil olub, 79-cu dəqiqədə komandasının bərabərlik qolunu vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button