Mahir Emrelinin komandası 2 milyonluq transferi rəsmiləşdirdi

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi Xorvatiya çempionu yarımmüdafiəçi Robert Lyubiçiçi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Vyana “Rapid”indən transfer olunan 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Dinamo” bu transferə görə Avstriya klubuna 2 milyon avro ödəyib.

Lyubiçiç Xorvatiyanın 20 yaşadək futbolçulardan ibarət yığmasında 2 oyun keçirdikdən sonra Avstriya millisinə dəvət alıb. O, ötən mövsüm “Rapid”in heyətində 40 oyunda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.