
Macarıstan qran-prisinin qalibi bəlli oldu
Böyük Britaniyanın “Maklaren” komandasının pilotu Lando Norris Formula 1 üzrə Macarıstan qran-prisinin qalibi olub.
Komanda.az xəbər verir ki, 26 iyulda “Hunqarorinq” avtodromunda 2026-cı il mövsümünün 11-ci mərhələsi keçirilib.
70 dövrədən ibarət yarışı son dünya çempionu Lando Norris birinci pillədə başa vurub. Bu, britaniyalı pilotun cari mövsümdə ilk qələbəsidir.
“Red Bull” komandasının dördqat dünya çempionu Maks Ferstappen qalibdən 15,080 saniyə geri qalaraq ikinci olub. “Mercedes” komandasının pilotu Andrea Kimi Antonelli isə 18,728 saniyə fərqlə üçüncü yeri tutub.
Oskar Piastri, Serxio Peres və Valtteri Bottas yarışı başa vura bilməyiblər. Norris yarışa poul mövqeyindən başlayıb, Piastri isə finişə 13 dövrə qalmış texniki problem səbəbindən mübarizəni dayandırıb.
Bizi Facebook-da izləyin



