Maaşlarını tələb edən “İrəvan” futbolçuları oyuna çıxmaqdan imtina etdilər

Futbol üzrə Azərbaycan 1-ci liqasının 4-cü turunda keçirilməli olan “İmişli” – “İrəvan” oyunu baş tutmayıb.

Komanda.az xəbər verir ki, qonaq komanda meydana çıxmayıb.

Onlara bu səbəbdən texniki məğlubiyyət veriləcəyi gözlənilir.

“İrəvan” futbolçuları maaş ala bilmədikləri üçün oyunu boykot ediblər.

Komanda 4 turdan sonra 10 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button