“İndi bu barədə düşünməyin vaxtı deyil” – “Barselona”nın qapıçısı

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen klubun maaşların azaldılması ilə bağlı mümkün tələbini şərh etməkdən imtina edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı qapıçı, bu barədə düşünməyin vaxtı olmadığını deyib. O, “Sizdən “Barselona”da maaşınızın azalmasına razı olmağınızı xahiş ediblər” sualına belə cavab verib: 

“Baş verənlər barədə danışmayacam. İndi bu barədə düşünməyin vaxtı deyil, diqqətimizi dünya kubokuna cəmləməliyik”.

30 yaşlı ter Ştegen bu mövsüm bütün yarışlarda 8 oyuna çıxıb, 4 qol buraxıb və 5 dəfə qapısını toxunulmaz saxlayıb. Alman qolkiperlə “Barselona” arasındakı müqavilə 2025-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button