“Məyus və qəzəbliyik” – İnzaqi

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 30-cu turunun “Montsa” ilə görüşündən sonra (0:1) açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, məyus və qəzəbli olduqlarını söyləyib:

“Komandam ilk hissəni yaxşı keçirdi. Bu matç “Fiorentina” və “Salernitana” ilə oyunların eynisi idi. Məyus və qəzəbliyik. Yalnız ölkə kuboku və UEFA Çempionlar Liqası haqda düşünməyimiz doğru deyil.

Futbolçularım bu görüşün nə qədər vacib olduğunu bilirdi. Onlar bizə xal lazım olduğunu da dərk edir. 2023-cü ilin əvvəlindən öz performansımızı sərgiləyə bilmirik”.

Milan təmsilçisi hazırda İtaliya çempionatının turnir cədvəlində 51 xalla beşinci, “Montsa” isə 38 xalla 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button