“Baş məşqçiyə nəyə qadir olduğumu göstərməliyəm”

“Roma”nın hücumçusu Paulo Dibala bu ilin yayında keçiriləcək dünya çempionatında Argentina millisində oynamaq şanslarından danışıb.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu milli komandanın heyətinə düşməyin onun üçün çətin olacağını başa düşür:

“Milli komandanın heyətinə düşmək çətin olacaq. Klubda öz ritmimi tapmalı və sabitliyi qorumalıyam. Bəli, məqsədim dünya çempiontında oynamaqdır, amma əvvəlcə klubda yaxşı formada olmalıyam. Zədələrə görə Argentina millisinə bir neçə dəfə çağırışı buraxmışam. Argentina millisi kimi bir komanda ilə isə dayanmaq olmaz. Baş məşqçiyə nəyə qadir olduğumu göstərməliyəm”.

Dibala Argentina millisində sonuncu dəfə 2024-cü ilin sentyabrında meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button