Məşhur futbolçu Braziliya klubunu tərk edəcək

Çilili futbolçu Arturo Vidal 2023-cü ilin sonunda Braziliyanın “Flamenqo” klubunu tərk edəcəyini bildirib.

Komanda.az “ITASportPress”-ə istinadən xəbər verir ki, o, ölkəsinə – Çiliyə qayıtmaq istədiyini vurğulayıb:

“Flamenqo”da qalmayacam. Çiliyə – “Kolo-Kolo”ya qayıtmaq istəyirəm. Lakin hər şeyi düzgün təhlil etməliyəm. İndi bu haqda danışmaq “Flamenqo”ya hörmətsizlik olar”.

36 yaşlı yarımmüdafiəçi ölkəsinin “Kolo-Kolo” klubunun yetirməsidir. O, karyerası ərzində “İnter”, “Barselona”, “Bayern”, “Yuventus” və “Bayer”də (Leverkuzen) forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button